| Xəbər 3445 dəfə oxunub
“Copy-Paste”in yaradıcısı öldü

Apple şirkətinin keçmiş əməkdaşı, “Copy-Paste” funksiyalarının ixtiraçısı Lari Tesler vəfat edib.

 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Silikon Vadisinin məşhur investorlarından biri olan Lari 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Tesler 1980-1997-ci illərdə ABŞ "Apple" korporasiyasında işləyib və "Ctrl + x", "Ctrl + c", "Ctrl + v" funksiyalarının ixtiraçısıdır.