|
“Əmraha uduzduğu üçün oğlunu yarışa cağırıb”

"TV 8" kanalının rəhbəri Acun Ilıcalının müğənni Əmrahın küsülü olduğu oğlu Tayfunu “Survivor” heyyətinə daxil etməsi sosial şəbəkədə xeyli müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, “Twitter” izləyiciləri Acunun məkhəmədə Əmraha uduzduğu üçün belə addım atdığını qeyd ediblər.

Xatırladaq ki, Əmrah "TV 8"də yayımlanan "O Ses Türkiye", "Yetenek Sizsiniz" və "Rising Star" adlı proqramlarda onun icazəsi olmadan mahnılarının istifadə edilməsinə əsəbiləşib, "Acun Medya" şirkətini məhkəməyə vermişdi. İki il davam edən məhkəməni qazanan Əmraha Acun 84 min lirə (təxminən 24 min manat) təzminat ödəyib.