| Xəbər 3657 dəfə oxunub
Harri və Meqan Britaniyaya qayıdır

Kral ailəsindən ayrılıb Kanadaya köçən Britaniya şahzadəsi Harri və həyat yoldaşı, aktrisa Meqan Markl təcili olaraq Londona qayıdırlar.

Bunu onlardan kraliça II Elizabet xahiş edib.

Cütlük Vestminsterdə keçiriləcək rəsmi “Birlik Günü” tədbirində sonuncu dəfə kral ailəsinin üzvü kimi çıxış edəcək.

Mərasimdən sonra Harri və Meqan rəsmi olaraq krallıqla yollarını ayıracaq.