| Xəbər 12645 dəfə oxunub
İlon Mask abunəçlərini Facebook-u bütün cihazlarında rədd etməyə çağırıb

Amerikalı milyarder İlon Mask sosial şəbəkələrdəki abunəçilərindən Fecebook əlavəsini bütün mobil cihazlardan silməsini xahiş edib. “Facebook”u rədd et, bu geridəqalmışlıq və durğunluqdur”,-deyə İ. Mask tvitter səhifəsində qeyd edib.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, İlon Maks bununla “Əli Ci” və “Borat” rolları ilə tanınan kinoaktyor Saşa Baron Koenin tvitinə reaksiya olaraq belə bir çağırış həyata keçirib.

Qeyd olunur ki, Saşa Baron Koen Mark Sukerberqin sahibi olduğu sosial şəbəkənin dövlət tərəfindən nizamlanmasının vacibliyini bildirib.

“Biz 2,5 milyard insanın su ilə təmin olunmasını bir adama etibar edirikmi? Biz bir adamın 2,5 milyard insanın elektrik enerjisinə sərəncam verməsinə imkan veririkmi? O zaman nə üçün 2,5 milyard insanın gördüyü informasiyaları yanız bir şəxs tərəfidən nəzarət edilməsinə yol verməliyik? Facebook imperator tərəfindən deyil, dövlət tərəfindən nizamlanmalıdır”,-deyə amerikalı aktyor öz akkauntunda bu sözləri yazıb.

İlon Mask isə daha da irəli gedərək Facbook-a bərabər, eyni şirkətə məxsus “WhatsApp” messencerinin də ortadan qaldırılmasını istəyib.

Buna əsas səbəb isə bu yaxınlarda Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın məhz “WhatsApp vasitəsilə “Amazon” şirkətini sahibi Ceff Bezosa vurus proqramlı videomesaj göndərərək onun cihazını sındırması göstərilir.
Xatırladaq ki, bununla bağlı iş artıq ABŞ hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılır.

İlon Mask öz tvitter akkauntunda müxtəlif şirkətlərin emblemlərinin emojilərini göstərəkən, WhatsApp-ı hansısa cihazı sındıran şəkildə təsvir edib. Bununla oŞ həmin servisin təhlükəsizliyi ilə bağlı yaranan problemlərə işarə vurub.