|
Ledi Qaqa onunla sevgili olduğunu təsdiqlədi - Foto

Ekstravaqant müğənni Ledi Qaqa “Parker Group” şirkətinin direktoru Maykl Polanski ilə sevgili olduğunu təsdiqləyib.

Ifaçı bu barədə İnstaqram hesabında birgə fotolarını paylaşaraq məlumat verib.

Hazırda Mayamidə istirahətdə olan Qaqa sevgilisinin qucağında oturduğu şəklini pərəstişkarları üçün yayımlayaraq “Biz Mayamidə çox əylənirik. Sizi sevirəm” sözlərini yazıb.

Qeyd edək ki, cütlük “Facebook” sosial şəbəkəsinin həmtəsisçisi Şon Parkerin doğum günündə tanış olub.