|
Azərbaycan neftinin qiyməti 61 dolları ötüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,26 ABŞ dolları və yaxud 2,09% artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,53 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.