| Xəbər 17168 dəfə oxunub
"Disney"i 175 milyon dollar itki gözləyir

ABŞ-ın "The Walt Disney Company" şirkəti "2019-nCoV" virusu ilə bağlı zərərin 175 milyon dollar olacağını proqnozlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Disney"in maliyyə direktoru Kristin Makkarti 2020-ci ilin ilk rübünün hesabatında bildirib.

Məlumata görə, Şanxaydakı "Disneyland" istirahət və əyləncə parkının müvəqqəti bağlanması 135 milyon dollar, Honkongdakı oxşar parkının işinin dayandırılması isə daha 40 milyon dollar itki ilə nəticələnməsi gözlənilir.

 

Şirkət ABŞ-dakı "Disneylendin" gəlirlərinin azalmasını proqnozlaşdırmır.