| Xəbər 876 dəfə oxunub
Avtomobil və telefon bazarında bahalaşma gözlənilir

Çində yayılan koronavirus səbəbindən virus bölgəsindəki bir çox şirkətlər fəaliyyətlərini dayandırıb. Virusun yayıldığı ərazidə əsasən avtomobil və texnologiya istehsalını həyata keçirən şirkətlər öz müəssisələrini müvəqqəti olaraq bağlayıb.

Bu kimi halların dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi bildirilir. İqtisadçılar bildirir ki, hazırda  Çin dünya iqtisadiyyatının dörddə birini özündə cəmləyir. Buna görə də orada yaşananlar dünyaya da təsir göstərəcək.

“Yeni Müsavat”ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu Çində yayılan koronavirusun Azərbaycana təsiri ilə bağlı məqaləsində qeyd edib ki, ölkədə bu virusun qurbanlarının artması və digər ölkələrə də yayılması Azərbaycanla Çin arasında əlaqələrin bütün sahələrinə təsirsiz ötüşməyəcək: “İlk və daha ciddi təsir ticarət münasibətlərində hiss olunacaq. Çünki 2019-cu ildə Çin Azərbaycanın idxalda 3-cü böyük ticarət tərəfdaşı olub. Ötən il Azərbaycandan Çinə 752,2 milyon dollarlıq mal göndərilib, 1,432 milyard dollarlıq mal gətirilib. Çinin payı idxalda 10,5 faizə çatıb. Əgər epidemiyanın yaxın zamanlarda qarşısı alınmazsa, onda Azərbaycanda Çin mənşəli malların qıtlığı yarana və bu da heç şübhəsiz ki, istehlak bazarında qiymətlərin bahaşmasına gətirib çıxara bilər”.

Ötən günlərdə “Nissan Motor” şirkəti 2019-nCoV koronavirusunun Çində yayılması ilə bağlı bu ölkədəki dörd müəssisəsinin işə başlamasını təxirə salıb. Həmin müəssisələrin üçündə işin bərpası fevralın 10-dan sonra, koronavirusun yayılma ocağı Hubey əyalətində yerləşən müəssisənin də fəaliyyətinin bərpası fevralın 14-dən sonra gözlənilir. Bundan əvvəl “Nissan Motor” Ay təqvimli Yeni il bayramı ilə əlaqədar Çindəki müəssisələrinin fəaliyyətinin bərpasını fevralın 4-nə təyin etmişdi. Koronavirusun törətdiyi yeni tip pnevmoniyanın yayılması üzündən Çində fəaliyyət göstərən başqa avtomobil şirkətləri, o cümlədən “Ford Motor”, “Fiat Chrysler”, “Mazda Motor”  və “Volkswagen of America” kimi digər avtomobil istehsalçıları da iş əməliyyatlarına məhdudiyyət qoyub. Çində fəaliyyət göstərən bir çox maliyyə təşkilatı, o cümlədən Kanadanın “Sun Life Financial Inc.” sığorta şirkəti, İsveçrənin “Credit Suisse Group” və ABŞ-ın “Morgan Stanley” kimi banklar işçilərinə evdən işləməyi tövsiyə edib.

Dünyada ən böyük avtokomponentlər təchizatçısı olan “Bosch” şirkətinin top-menecerləri xəbərdarlıq ediblər ki, koronavirus qlobal təchizat zəncirinə təsir edə bilər. Rusiya mətbuatına istinadla xəbər verən avtosfer.az saytı bildirib ki, bu təchizat Çindən çox asılıdır. Şirkətin nümayəndəsi Folmar Denner söyləyib ki, onlar bu məsələdən çox narahatdırlar. O qeyd edib ki, şirkət elektrik mühərriklərinin, transmisiya və avtomobillər üçün güc elektronikasının ixracı üçün qalobal istehsal bazası kimi Çinə arxayındır: “Bizə gözləmək və hadisələrin necə inkişaf etdiyinə baxmaq lazımdır. Əgər belə vəziyyət qalmaqda davam edərsə, o zaman nəql zənciri pozulacaq. Proqnozlar var ki, infeksiyanın pik həddi fevral və marta qədər davam edəcək”.

“Bosch” şirkətinin top-menecerləri ile ilgili görsel sonucu"

Azərbaycanda yuxarıda adıçəkilən bütün avtomobillər satılır. İqtisadçılar bildirirlər ki, istehsal aşağı düşərsə, avtomobillərin və o cümlədən də ehtiyat hissələrinin qiymətində artım baş verə bilər. Bundan əlavə, dünyanın bir sıra ölkələrinə,  o cümlədən Azərbaycana Çindən mobil telefon və oyuncaqlar da gətirilir. Dünyanın əksər telefon və digər texnologiya istehsalı ilə məşğul olan şirkətlərinin Çində istehsal müəssisələri mövcuddur. Çində işçi qüvvəsi ucuz olduğu üçün şirkətlərin istehsal etdikləri məhsulların maya dəyəri aşağı olurdu. İndi isə maya dəyəri qalxarsa, dünyada bahalaşma müşahidə ediləcək. Eyni zamanda Çinin dünyanın mobil telefon bazarında özünə yer qazanan markaları da var. Artıq Rusiya Çində istehsal olunan mobil telefonlarla bağlı qadağa tətbiq edib. Belə ki, Çində istehsal olunan “Xiaomi”, “Vivo”, “Realme”, “Huawei”, “ZTE” və “Lenovo” smartfonlarının Rusiyaya gətirilməsi dayandırılıb. Bildirilir ki, bu qərarın qəbul edilməsi Çində tüğyan edən koronavirus epidemiyası ilə bağlıdır. O da əlavə olunub ki, qadağa müvəqqəti xarakter daşıyır.

ABŞ-ın “Apple” şirkətinin Çindəki bütün mağazaları ile ilgili görsel sonucu"

ABŞ-ın “Apple” şirkətinin Çindəki bütün mağazaları koronavirusla əlaqədar müvəqqət olaraq bağlanıb. Cənubi Koreyanın “Samsung Electronics” şirkəti də eyni addımı atıb. Onlar da Çində yayılmış koronavirusla (2019-nCoV) əlaqədar bu ölkədəki ən iri satış mərkəzini müvəqqəti bağlayacaqlarını açıqlayıblar. “Apple” şirkətinin əsas istehsalat mərkəzləri Hubey əyaləti ilə sərhədlərə sahib Henyan və Quandun əyalətlərində yerləşir. Ölümcül virusun ortaya çıxdığı Uhan şəhəri isə məhz Hubey əyalətindədir. Henyanda Foxconn şirkətinin zavodu yerləşir və orada dünyanın bütün iPhone modellərinin yarısından çoxu istehsal olunur. Foxconn şirkətinin təmsilçiləri qeyd ediblər ki, təhlükə üçün heç bir risk yoxdur: “Təsdiqləyə bilərik ki, biz öz istehsalat öhdəliklərimizi yerinə yetirmək üçün bütün tədbirləri görmüşük” - deyə Foxconn təmsilçisi qeyd edib.

AdMarco şirkətinin analitiklərinin fikirlərincə, hazırda vəziyyət 2003-cü ildəki SARS epidemiyasından daha təhlükəlidir. Həmin vaxtda SARS epidemiyasına 8000 insan yoluxmuş və nəticədə 800 insan həyatını itirmişdi. 2003-cü ildəki epidemiya nəticəsində Çinin iqtisadiyyatı 1% geriləmə, bütün Şərqi Asiyanın iqtisadiyyatı isə 0.5% geriləmə sərgiləmişdi. 2003-cü ildə çinlilərin 60%-i kənd regionlarında yaşayırdı. İndi isə çinlilərin 60%-i məhz şəhərlərdə yaşayır.

Çinin iqtisadiyyatı dünya iqtisadiyyatı ile ilgili görsel sonucu"

Çinin iqtisadiyyatı dünya iqtisadiyyatı ilə bağlıdır. Qlobal iqtisadi artımın zəif olması səbəbi ilə Ümumdünya Bankı təkcə bu il üçün Çinin iqtisadi artımının 2.5% aşağı düşəcəyini proqnozlaşdırır. Ona görə də mütəxəssislər hesab edirlər ki, dünyada növbəti iqtisadi böhran yaşana bilər. Bütün bunlar isə bazarda Çinin ən böyük rəqibi olan Amerika üçün sərfəlidir. Bu baxımdan bəzi ekspertlər hesab edirlər ki, əslində yaşananlar Amerikanın oyunudur və bu oyunla faktiki olaraq həm Çinə, həm də dünya iqtisadiyyatına böyük zərbə vurmuş olur.

Onu da bildirək ki, rəsmi məlumatlara görə, Qida Təhlükəsizliyi Agentliyi Azərbaycana Çindən bir sıra ərzaq məhsullarının gətirilməsini müvəqqəti olaraq qadağan edib. Bu ərzaq məhsullarının ölkəyə gətirilməsinə də heç bir sərhəd-keçid məntəqəsində icazə verilmir. Texnologiya məhsullarına isə bu kimi qadağanın qoyulması barədə rəsmi məlumat yoxdur.