|
Dəniz Baykal xəstəxanaya yerləşdirilib

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, millət vəkili Dəniz Baykal Ankara şəhər xəstəxanasına yerləşdirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, həkimlər yüksək hərarət və halsızlıqdan əziyyət çəkən 81 yaşlı millət vəkilinə qrip diaqnozu qoyublar.

Onun müalicədən sonra evə buraxılacağı bildirilib.