|
Azərbaycanlı fanatından Bülənt Ərsoya 100 minlik hədiyyə

Türkiyəli sənətçi Bülənt Ərsoy İstanbulda konsert verib.

 

Axşam.az xəbər verir ki, üç min nəfərin qarşısına çıxan müğənniyə azərbaycanlı fanatı Nigar adlı xanımın brilyant və safirdən ibarət bahalı üzük hədiyyə etməsi diqqət çəkib.

Türk mediası üzüyün dəyərinin 100 min dollar olduğunu qeyd edib. B.Ərsoy isə pərəstişkarına təşəkkür edib.

Gecəboyu özünü tərifləyən ifaçı “Bir milçəyin uçarkən çıxardığı səslərin notlarını ayırd edəcək qədər musiqi savadım var. Verdiyim bütün konsertlərdə izdiham olur, biletlər günlər öncədən tükənir” deyə, bildirib.