| Xəbər 2388 dəfə oxunub
Qeyri-neft sektorundan vergi daxilolmaları 9.1 faiz artıb

"2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7.672,6 milyon manata çatıb".

Bu fikri iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. O, söyləyib ki, son 2 ildə dövlət büdcəsinə olan artıq ödəmələr 721,4 milyon manat həcmində azaldılıb:

"Ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1 faiz yerinə yetirilib ki, bu da indiyədək əldə edilmiş ən yüksək göstəricidir. Qeyri-neft sektorundan vergi daxilolmaları 458,3 milyon manat və ya 9,1 faiz artaraq 5.432,3 milyon manata çatıb. Bu sektordan daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8 faiz təşkil edir. Qeyri-neft sektorundan daxilolmalar ƏDV üzrə 16,4 faiz, aksiz vergisi üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə isə 12,6 faiz artıb".