| Xəbər 1223 dəfə oxunub
Polad Bülbüloğlunun 75 illiyi qeyd olunacaq

Fevralın 4-də Xalq artisti Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi tamam olur.

Mədəniyyət Nazirliyindən Report-a verilən məlumata görə, bu münasibətlə fevralın 4-ü saat 19:00-da Beyləqan rayonunun Olimpiya İdman Kompleksində, fevralın 7-də isə Bakıda Heydər Əliyev Sarayında yubiley gecələrinin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, estrada ansamblı və solistlərin ifasında Polad Bülbüloğlunun əsərləri səslənəcək.