| Xəbər 1059 dəfə oxunub
Məşhur rejissor vəfat etdi

Məşhur kinorejissor Konstantin Bromberq ABŞ-da 80 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə ssenarist və rejissor Mixail İdov məlumat verib.

“İki gün əvvəl “Çarodey” və “Elektronikanın macəraları” sovet meqahitlərinin qurucusu Konstantin Bromberq Detroytda vəfat edib”, - İdov yazıb.

Qeyd edək ki, “Elektronikanın macəraları” filmi Azərbaycanda uzun illər yeniyetmələrin və məktəblilərin sevdiyi ən məşhur filmlərdən olub.