| Xəbər 6403 dəfə oxunub
"Ümid" Beynəlxalq İncəsənət yarışı keçiriləcək

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə 12 Yanvar Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Ümid” Beynəlxalq İncəsənət yarışması keçiriləcək.

Trend-in məlumatına görə, yarışmaya təşkilatı dəstək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Jam Group. Yarışma bu yaş kateqoriyalarına görə keçirilir: beybi (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yuniorlar (16 yaşa kimi), ergin (16 yaş və yuxarı).

“Belə yarışları keçirtməkdə məqsədimiz gənclərin kənarda qalmamasıdır. Onların öz bacarıqları sayəsində uğurlar qazana bilmələri, səhnələrə çıxmaqları və özlərinin daha da inkişaf etdirməklərinə səbəb olmaqdı. Məlumdur ki, yerlər münsiflər heyəti tərəfindən seçilir. Yarışmadakı iştirakçılar, qrup rəhbərləri yarışmadan sonra görkəmli, ad qazanmış, bu sahədə illərdi çalışan münsiflər heyətimizlə söhbətlər edə və məsləhətlər ala bilərlər. Ümid edirik ki, keçirtdiyimiz və keçirdəcəyimiz bütün müsabiqələr, festivallar, konsertlər iştirak edən hər bir kəs üçün yararlı və uğurlu olar.” – deyə bildirdi Azərbaycan Gənclər İttifaqının İdarə Heyyətinin üzvü Əziz Əzizov.

Obyektivlik və dürüstlük naminə, çıxışlar zamanı iştirakçıların hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmır (bu proses mükafatlandırma zamanı açıqlanır). Seçim iştirakçının qeydiyyat nömrəsi ilə aparılır.

Müsabiqədə iştirak edən bütün iştirakçılara uğurlar diləyirik.

 

Qeydiyyat üçün əlaqə nömrələri.

[email protected]
+994124925464
+994502502293
+994557079002

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az