| Xəbər 2563 dəfə oxunub
Türkiyədə yaşayan azərbaycanlı bəstəkar dünyasını dəyişib - Gültəkin ananın oğlu

Azərbaycan milli-azadlıq hərəkatının fəallarından olan, Erciyez Universitetinin müəllimi, bəstəkar Müsəvvər Əsgəroğlu Türkiyədə dünyasını dəyişib.

Bu barədə Musavat.com-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Müsəvvər Əsgəroğlu neçə illər idi ki, Türkiyədə yaşayırdı. Yaradıcılığını davam etdirirdi. Vəfat xəbəri sosial şəbəkələrdə üzüntü ilə qarşılanıb. Tələbələri öz hesab ünvanlarında öz üzüntülərini bölüşürlər.

Müsəvvər Əsgəroğlu meydan hərəkatının məşhur simalarından olan hamının “Gültəkin ana” kimi tanıdığı Gültəkin Həsənovanın övladı idi. Azadlıq meydanında keçirilən ilk mitinqə o öz əlləri ilə tikdiyi minlərlə müqəddəs üçrəngli bayrağımızı gətirib meydan iştirakçılarına paylamışdı.

Müsəvvər Əsgəroğlu 2 oktaybr 1947-ci ildə Naxçıvanda anadan olub. Məşhur Kəngərli nəslindən idi”.

Allah rəhmət eləsin!