|
Dünyanın ən qorxulu cütlüyü:

İngiltərə tarixində ən çox nifrət edilən, beş uşaq və bir gəncin qatili olan Ian Brady və Myra Hindley haqda olduqca az mənbədə məlumatlar var.

Musavat.com onedio-ya istinadən həmin manyak qatillər haqda məlumatları təqdim edir.

2 yanvar 1938-ci ildə Şotlandiyanın Qlazqo şəhərində anadan olan Bradi heç vaxt atasını görməyib. Ana qayğısından da məhrum olan Bradi başqa bir ailəyə övladlığa verilib.

O, uşaqlıqda heyvanlara əzab verməkdən, hətta onları heyvanları öldürməkdən zövq alırdı. Şahidlərin sözlərinə görə, Bradi yaşıdlarından olduca fərqlənirdi. Belə ki, oyun oynayan zaman yaşıdlarına qarşı ağlasığmaz hərəkətlər edən Bradi onları vurar, dişləyər və bədənlərinin hər hansı bir nahiyəsindən sıxmaqdan zövq alardı.  

Bradi ilk dəfə 13 yaşında olarkən tutulub. 16 yaşına kimi isə dəfələrlə soyğunçuluğa görə həbs edilən yeniyetmə, artıq bunu ənənə halına çevirmişdi.

İkili arasında daha bir psikopat ve vahşi olan kişi Ian Brady.

Onun ən çox sevdiyi kitablar arasında Hitlerin "Mənim mübarizəm", Dostoyevskinin "Cinayət və cəza" və Markisin "Justine - Fəzilət Fəzilətləri" də var idi.  

Bradi 1957-ci ildə, 19 yaşında olan zaman mühasibatlığı öyrənib və işləməyə başlayıb.  O, daha sonralar aşiq olacağı Hindley ilə tanış olub.

Aynı dönemde 2. Dünya Savaşı ve Nazilerle yakından ilgilenmeye başlamış, Almanca öğrenmeye çalışmış.

Sevgisi uğrunda cinayətə bulaşan Myra Hindley...

Hindley 23 iyul 1942-ci ildə Mançesterdə anadan olub. O da Bredi kimi çətin uşaqlıq keçirib. Uşaqlığını işçi Gorton bölgəsində keçirən Myranın atası hərbçi, anası isə mühəndis idi. Atasının içki düşgünü olmağı Hindleyin psixologiyasına öz mənfi təsirini göstərib. Hər dəfə içdikdən sonra Myranı döyən atası, onun gələcəkdə qatil olmağının ən böyük səbəbkarlarından biri olub.

15 yaşındayken bir arkadaşı yüzerken boğularak ölmüş.

Ailənin ikinci uşağı dünyaya gələndən sonra Myra nənəsinin yanına göndərilib. O, dərslərini yaxşı oxuyurdu. Olduqca çalışqan idi. Lakin çox vaxt məktəbə getməyinə mane olunurdu. Myra Hindley həm də yaxşı üzə bilirdi. Üzgüçülük yarışlarında dəfələrlə birinci yerə layiq görülmüşdü.

Gelelim çiftin daha az vahşi olan, aşkı uğruna bu işlere bulaşan tarafı Myra Hindley'ye.

15 yaşında olan zaman dostu hovuzda boğularaq ölür. Myra bundan sonra həyatının ən böyük travmasını alır. Belə ki, həmin gün dostu ondan üzməyə birlikdə getməyini xahiş edir. Lakin Myra bunu qəbul etmir və başqa yer gedəcəyini bildirir. Elə buna görə də o, dostunun ölümündə özünü günahkar sayır.

Baş vermiş hadisədən sonra o, məktəbi tərk edib işləməyə başlayır. İki il sonra bir nəfərə aşiq olan Myra, sonralar bu fikrindən vaz keçir və evliliyin onun üçün doğru seçim olmadığı qənaətinə gəlir.

18 yaşındayken kendisinden 4 yaş büyük Brady ile tanışmış ve hemen aşık olmuş.

18 yaşında özündən 4 yaş böyük olan Bredi ilə tanış olan Myra ona elə ilk görüşdəcə aşiq olur.

Bir-birlərinə sevgi etirafı edən cütlük getdikcə birlikdə daha çox vaxt keçirirdilər. Hər günü fərqli yaşayan gənclər kinoya gedir, birlikdə yemək yeyir və bir-birinin evinə qonaq olurdular. Bradi almanlara heyranlığını, Hitlerə rəğbət bəslədiyini Hindleyə açıq-aşkar şəkildə bildirirdi. Bradinin sözlərinə görə, zorlama və cinayət heç də yanlış şeylər deyil. Hər gün bu cür söhbətlər edən Bradi, Hindleyə bunların doğru olduğuna inandıra bilmişdi.

Hindley Bradiyə olan sevgisinə görə geyim tərzindən tutmuş, düşüncələrinə qədər  dəyişmişdi. O, hətta Bradinin “Tanrı yoxdur” fikrinə görə kilsəyə də getmirdi.

Kusursuz cinayetin planını yapan ikili, 12 Temmuz 1963'te harekete geçmiş.

12 iyul 1963-cü ildə hazırlanan qüsursuz cinayət planı

Mükəmməl qətl planını hazırlayan cütlük 12 iyul 1963-cü ildə 16 yaşlı Paulin Readeni maşına mindirib, cinayəti işləyəcəkləri Saddlevort şəhərinə aparırlar.

Heç nədən xəbəri olmayan Paulin cütlüyün birlikdə gəzintiyə çıxmaq təkilfini qəbul edir. Saddlevorta çatan zaman Hindley Paulinə əlcəklərinin bir tayının itdiyini, onunla həmin əlcəyi axtarmasını xahiş edir. Buna razılıq verən Paulin qəfildən Bradinin zərbəsinə tuş gəlir. O, 16 yaşlı Paulini zorladıqdan sonra başını daşla əzir və daha sonra onun boğazını kəsir. Cinayətin ardından Paulinin cansız bədənini basdıran cütlük heç nə olmamış kimi oradan uzaqlaşıb, həyatlarına davam edirlər.

4 ay sonra ikinci cinayetlerini işlemişler.

Dörd ay sona edilən ikinci cinayət...

16 yaşlı Paulin cinayətindən cəmi 4 ay sonra manyak cütlük daha bir cinayətə imza atırlar. Con Kilbride adlı 12 yaşlı oğlanı avtomobilinə mindirərək yenidən Saddlevorta aparan Hindley, onu Bradi ilə tanış edir. Əl sıxışaraq görüşən Kilbride Bradinin onunla birlikdə gəzmə təkilfini nəzakətlə qarşılayır. Hindleyə avtomobildən düşməməyi tapşıran Bradi 12 yaşlı oğlanı insanlar olmayan əraziyə apararaq bıçaqlayır. Lakin bıçaq iti olmadığına görə, oğlan yüngül yaralanır. Bundan daha da qəzəblənən Bradi onu boğaraq öldürür.

1964 yılının Haziran ayında 3. ve en ünlü cinayetlerini işlemişler.

Cütlük 1964-cü ilin iyununda üçüncü və ən məşhur cinayətlərini edir. Qaçırılan 12 yaşlı Keyt Bennett əvvəlki iki cinayətin işləndiyi Saddlevorta aparılır. Bredi Hindleyin gözü qarşısında 12 yaşlı oğlanı zorladıqdan sonra onu iplə boğaraq öldürür. Onlar cəsədi əvvəlki qurbanlarının yanına bastırıb, ərazini tərk edirlər. Baş vermiş qətldən sonra Keyt Bennetin bütün axtarışlara rəğmən cəsədi tapılmır və 50 il davam edən araşdırmalardan sonra cinayət işinə xitam verilir.

Dördüncü cinayetleri ise en kan dondurucu olanlarından biri.

Dördüncü və ən dəhşətli cinayət

Manyak sevgililərin 4-cü qurbanı 10 yaşlı Lesley Ann Dovney adlı qız olur. Onlar azyaşlı qızı parkdan qaçırırlar. Brady qızı soyundurur və onun əl-qolu bağlı vəziyyətdə fotolarını çəkir. Hindley daha sonra Bredinin kiçik qıza təcavüz etdiyi və işgəncə verdiyi anları videolentə alır. Qızın fəryadına məhəl qoymayan cütlük onu vəhicəsinə öldürür və adətləri üzrə Saddlevorta apararaq bastırırlar.

Son cinayetleri ise 6 Ekim 1965'te gerçekleşiyor.

Son cinayət 6 oktyabr 1965-ci ildə baş verir. Belə ki, Bradli və Hindli 17 yaşlı Edvard Evansı birlikdə qaldıqları evə gətirir və onun balta ilə başını kəsərək, qətlə yetirirlər. Cəsədi evdən çıxaran zaman Hindlinin 18 yaşlı qardaşı Devid Smit onu zayarətə gəlir. Brady Daviddən cəsədin daşınmasına və  ətrafı təmizlənməsinə kömək etməsini xahiş edir. O, qorxusundan ətrafı təmizləyir və fürsət tapan kimi evdən qaçır. Məlumat vermək üçün polisə gedən David cinayətkarların tutulmağı üçün əlindən gələn hər şeyi edir.

Sonrasında ikili ömür boyu hapis cezasına çarptırılıyorlar.

Uzun çəkən məhkəmə proseslərindən sona hər iki cani ömürlük həbsə məhkum edilir.

Cütlük 20 il ərzində Keyt və Paulini öldürmədiklərini desələr də, sonda hər şeyi boyunlarına alırlar və cəsədləri bastırdıqları yeri polisə bildirirlər. Yerlərə baxış keçirilsə də, yalnız Paulinin cəsədi tapılır. Digər cəsədlər isə, yerləri doğru göstərilmədiyi üçün hələ də tapılmayıb.

İşte Moors katillerinin hikayesi de böyle.

Hindli 15 noyabr 2002-ci ildə həbsxanada vəfat edib.

Brady ise hala hayatta ve akıl hastanesine kaldırılmış durumda.

Bradi hələ sağdır və hazırda ruhi dispanserdə saxlanılır.

İllərlə doğulduğu yer olan Şotlandiyada xəstəxanaların birinə göndərilməyini arzulayan Bradi, öldürdüyü uşaqlardan biri olan Keytin harada olduğunu demir. Psixoloqların hesabatlarına görə, o, bunu söyləməməklə özünü güclü hiss edir.