| Xəbər 6953 dəfə oxunub
“Şəxsiyyətini itirir” -

Xalq artisti Samir Cəfərovla həmkarı Ülvi Qılıncın ünvanına sərt sözlər deyib.

Axşam.az xəbər verir ki, “ATV maqazin onlarla”ya danışan opera ifaçısı Ülvinin  “Öz ölümümün vaxtını bilirəm” fikirlərinə münasibət bildirib. O, sənətçi haqda sərt sözlər deyib:

“Deyir ki, ölmək istəyirəm. Bu, Allahın işidir. Ölüm o zaman gerçəkləşir ki, insan şəxsiyyətini itirir. Bir insanın şəxsiyyəti öldüsə, həmin gün gözümdə ölü sayılır. Ülvi gəzən ölüdür. Boyu-buxunu, sənəti, səsi var. O, axıradək getməyən tenordur. Öz bacarığını sonadək kamilləşdirməyib, yarıda qalıb. Ülvi, get, sənətlə məşğul ol, qıraqda qalmısan”.