|
Azərbaycanın göndəriyi humanitar yardım Albaniyaya təqdim olunub

Azərbaycanın Albaniyaya göndəriyi humanitar yardım rəsmi olaraq təqdim olunub.

Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Albaniyada noyabrın 26-da baş verən 6,4 bal gücündə zəlzələnin törədiyi fəsadların aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan hökuməti tərəfindən 500.000 avro dəyərində yardım göstərilib.

Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov ilə Albaniyanın Yunanıstandakı səfiri Aridana Hobdari arasında keçirilən görüş zamanı yardımla bağlı simvolik çek qarşı tərəfə təqdim edilib.

Səfir Aridana Hobdari yardımına görə ölkəsi adından Azərbaycana təşəkkürünü bildirib və iki dövlət arasında mövcud dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.