| Xəbər 4545 dəfə oxunub
"Ölüm hökmü - ömürlük cəza" sənədli filmi təqdim olunub

Dekabrın 10-da Muğam Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mərhum prezident Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbir keçirib.

Musavat.com bildirir ki, tədbirdə Şuranın maliyyə yardımı ilə "Obyektiv" Milli Dəyərlərin Təbliğinə dəstək İctimai Birliyinin hazırladığı "Ölüm hökmü-ömürlük cəza" sənədli filmi ictimaiyyətə təqdim edilib.

Tədbirdə ilk öncə mərhum prezident Heydır Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Şuranın İctimaiyyətlə əlaqələr Bölməsinin rəhbəri Elməddin Behbud çıxış edib. O, Azərbaycan dövlətinin ardıcıl olaraq apardığı humanist siyasətdən, mərhum Prezident Heydər Əliyevin ölüm cəzasını ləğv etməsindən bəhs edən filmin Beynəlxalq insan hüquqları günündə təqdimatının keçirilməsinin təbii qanunauyğunluq olduğunu deyib.

"Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyin sədri, jurnalist Mübariz Əsgərov filmin hazırlanmasının zərurətundən, ölüm hökmünün ləğvinin məhbuslarda və cəmiyyətdə doğurduğu reaksiyadan danışıb. M.Əsgərov filmdə ölüm hökmü alanların və bu hökmü yerinə yetirənin həyəcanlı müsahibələrinə geniş yer verildiyini, filmin samballı olması üçün çoxsaylı axtarışlar apardığını qeyd edib.

Azərbaycanln İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdman) Səbinə Əliyeva da tədbirdə çıxış edərək gilmin əhəmiyyətindən danışıb. Ombusdman insan hüquq və azadlıqlarının qorunmasının Azərbaycan dövlətinin ən ali məqsədlərindən olduğunu deyib: "1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmünün ləğv edilməsi böyük əhəmiyyətə malik hadisədir. Heydər Əliyevin humanist siyasəti nəticəsində 128 nəfərin barəsində ölüm hökmünün icrası ləğv edilməklə yaşamaq hüququna hörmət olundu. Barəsində ölüm hökmü çıxarılan insanların yaşamaq hüququnun təmin edilməsi onların həm də ailə üzvlərinə, yaxınlarına, ölkə vətəndaşına verilən dəyərin göstəricisi olmaqla, dünya dövlətləri tərəfindən də alqışlanmışdı. Bu günki film kimi ictimai əhəmiyyətli filmlərin, sosial çarxların, layihələrin həyata keçirilməsi və bu istiqamətdə vətəndaş cəmiyyəti təsadlarını dəstəkləməliyik. Bu baxımdan vətəndaş cəmiyyəti təsadlarını əməkdaşlığa dəvət edirəm".

Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövıət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək, mərhum prezident Heydər Əliyevin insan huququ və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi misilsiz fəaliyyətindən bəhs edib. Azay Quliyev Heydər Əliyevin mükəmməl dövlətçilik konsepsiyası sayəsində ölkəmizdə hüquqi dövlətin qurulduğunu, vətəndaş cəmiyyətinin bərqərar olduğunu, söz, mətbuat, vicdan azadlıqlarının təmin olunduğunu vurğulayıb. Şura sədri Azərbaycanın Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə olmasını beynəlxalq platformalarda hər zaman iftixarla xatırladıqlarını deyib.
Daha sonra film tamaşaçılara təqdim olunub.