|
Madonnanın qızı səhnədə soyundu

Dünya şöhrətli müğənni Madonnanın ən böyük qızı Lourdes Leon rəqsi ilə gündəm olub.

 

Axşam.az xəbər verir ki, 23 yaşlı gənc "Art Basel" adlı sənət festivalında yarıçılpaq səhnəyə çıxaraq, rəqqaslarla şou göstərib. Leonun bu addımı sosial mediada birmənalı qarşılanmayıb. İzləyicilərdən bəziləri onu anasının adından istifadə edərək, belə nüfuzlu tədbirdə performans sərgilədiyini önə sürsə də, gənc yaşda bu cür uğur qazanmasını təbrik edənlər də olub.