|
Bibiheybət yolunu necə tikək ki, uçmasın - təklif

Ekspert: “Yük daşıma qabiliyyətinə görə divarın içərisində müəyyən konstruksiyalar yerləşdirilməlidir”

Noyabrın 24-də gecə saatlarında Bakının Səbayel rayonu, Bayıl-Bibiheybət-Badamdar yolu istiqamətində yolun şəhərə gələn hissəsində, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi baş verib. Yolun sağ hissəsi dağılaraq, uçub. Hadisə ilə əlaqədar yol bağlanılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.

“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə hazırda ərazidə təmir işlərinə hazırlıq gedir. Dağılan torpaq layı götürülüb, layihə hazırlanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssis Əziz Qaralov “Yeni Müsavat”a bildirib ki, hazırda hadisə baş verən ərazidə vəziyyət sabit olaraq qalır: “Orada hazırda heç bir ciddi proses baş vermir. Ərazidə Azərbaycan Avtomobil Yolları Agentliyinin əməkdaşları iş aparırlar.

Əziz Qaralov ile ilgili görsel sonucu

Yəqin, yaxın günlərdə təmir işlərinə başlayarlar”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, sürüşmə zonasında nisbi sakitlikdir.

“AAYDA geoloji kəşfiyyat işlərinin nəticəsi məlum olduqdan sonra işə başlayacaq. Yəni bununla bağlı layihə təqdim ediləcək. Gələcəkdə belə problemin təkrar yaşanmaması üçün əsaslı təmir işləri aparılmalıdır. Təmir işləri, yəqin ki, bir neçə ay davam edəcək. Amma hələ işlərə başlanılmayıb”.

Mütəxəssislər əvvəlcə açıqlama verərək ərazidə sürüşmə olduğunu bildirsələr də, sonrada hadisənin uçma adlandırdılar. Bildirildi ki, ərazidə istinad divarları ana süxurun üzərində oturmadığı üçün yağıntılardan ağırlaşan torpaq, uçquna səbəb olub. Yolun keçmiş Nəqliyyat Nazirliyinin zamanında çəkilməsi, hədəfə sabiq nazir Ziya Məmmədovu da gətirdi. Onu da bildirək ki, Ziya Məmmədov Bakı-Quba-Rusiya yolunun qaydalardan kənar formada çəkilməsi və qısa müddət sonra uçquna məruz qalmasına görə də ictimaiyyətdə kəskin şəkildə qınanılır. İctimaiyyət bu kimi məsələlərdə Ziya Məmmədovu günahkar sayır. Lakin bu məsələ ilə bağlı rəsmi açıqlama, Ziya Məmmədovun  hər hansı bir məsuliyyətə çəkilməsi ilə bağlı məlumat yoxdurE

Bəs yoldakı təmir işlərindən sonra növbəti dəfə baş verə biləcək uçqunun qarşısı alınacaqmı?

Əzim Məsimov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ekspert Əzim Məsimov söyləyib ki, Badamdar yaylasında vəziyyətə yaxşı deyil:

“Ümumiyyətlə, torpağın növləri fərqlidir. Torpaq var ki, suyun təsiri nəticəsində çökür, torpaq da var ki, şişir. Bundan asılı olaraq ərazidə də proseslər gedir. Özü də hər yerdə torpağın tərkibi eyni olmaya bilər. Bu baxımdan uçqun baş verən ərazidə yoxlama aparmaq lazımdır. Hazırda özbaşına tikilən evlərin kanalizasiya sistemi olmadığı üçün sular da əraziyə axıdılır. Nəticədə yumşalma gedir, şişmə baş verir. Buna görə də uçqunlar yaranır. İkinci tərəfdən də bu hündürlüyündə yol salan zaman sadəcə olaraq, daşı-daş üstünə qoyub, iş görmək olmaz. Yəqin ki, orada müəyyən mühəndis konstruksiyaları tətbiq etmək lazım idi ki, torpaq şişən zaman divar yükünü saxlaya bilsin. İstinad divarının özü səhv tikilib. Yük daşımasına görə divarın içərisində müəyyən konstruksiyalar yerəşdirilməli idi ki, sürüşmə olmasın. Bu cür təcrübə isə görülməyib. İşi savadsız gördükləri üçün də mühəndis tələbləri yerinə yetirilməyib. Bir də uçmaması üçün ilk növbədə ana qatı tapmaq lazımdır. Tikilinin bu qatdan ucaltmaq lazımdır. İkincisi də divarın içərisinə qeyd etdiyim kimi müəyyən konstruksiyalar yerləşdirməlidirlər. Hesab edirəm ki, aparılan bərpa işlərində bunlar ediləcək. Edilməsə, yenə də uçacaq.”