|
YAP rəhbərliyi, deputatlar və tanınmışlar ağac əkdilər

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 6 dekabr ölkə üzrə bir gündə 650 min ağac əkilir.

Musavat.com xəbər verir ki, respublikanın bütün regionlarını əhatə edən aksiya Bakının Müşviqabad qəsəbəsində də keçirilib. Ağacəkmə kampaniyasında Baş nazirin müavini Əli Əhmədov, vitse-spiker Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, deputatlardan Hadı Rəcəbli, Siyavuş Novruzov, Aydın Hüseynov, Sona Əliyeva, Sevinc Fətəliyeva, Azər Badamov, Tahir Rzayev, tanınmışlardan əməkdar artist Bəhram Bağırzadə, Azərbaycan Akademik Dövlət Teatrının direktoru Azər Paşa Nemətov və diplomatik korpusların nümayəndələri, İtaliyanın səfiri, bir çox ictimai fəallar, YAP üzvləri iştirak ediblər, ağac əkiblər. Ə.Əhmədov bildirib ki, ağac əkmək gözəl ənənədir və sağlam gələcəyə dəstəkdir.

E