| Xəbər 4095 dəfə oxunub
Gözəl dəri üçün qış menyusu

Yayda qaralan dəri solğunlaşır, təravətli görünüşünü itirir. Dəri payız və qış ayıarında daha cansız, quru və baxımsız görünür.

 

Axşam.az xəbər verir ki, soyuq havada dərinin elastikliyini saxlamaq üçün ona qulluq etmək mütləqdir. Dərini daha da təravətləndirmək, gözəlləşdirmək üçün isə evdə bu prosesləri etmək məsləhətdir.

1. Üz üçün terapiya
Quru, solğun dəri üçün…
¼ limon şirəsi, 1 yumurtanın sarısı, 1 çay qaşığı bal, 1 çay qaşığı bitki yağı və bir az gil əlavə edib qarışdırın. Maskanı üz və boyun nayihəsinə çəkib, 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Daha sonra nəmləndirici krem çəkin.

2. Dərini təravətləndir
Hər gün kətan toxumunu qaynadıb, suyunu içmək dərini daha gözəl göstərəcək. Tərkibdəki fitoestrogen hər yaşda dərini cavan saxlayacaq, qırışların qarşısını alacaq. Tərkibindəki A və E vitamini orqanizmin işini yaxşılaşdıracaq, dərini ətraf mühitin çirkli təsirindən qoruyacaq.

3. Mətbəxdəki antioksidant
Mütəxəssislərin araşdırmasına görə, orqanizmin cavan qalması üçün ən yaxşı vasitə pomidor yeməkdir. Gün ərzində 0,5 kiloqram pomidor yemək orqanizmi antioksidantla təmin edir. Bunu 2 stəkan pomidor şirəsi ilə də əvəz etmək mümkündür. Hər gün yarım kiloqram pomidor yesəniz, dəriniz daim cavan qalacaq.

4. Rəngli həftə - 10 kiloqram arıqla
Bu pəhrizin əsas özəlliyi odur ki, hər gün bir rəngdə tərəvəzdən istifadə etməlisiniz. Bu da dərini təravətləndirmək üçün əla vasiələrdən biridir.
I gün ağ rəng: Səhər bir ədəd banan ye. Günorta xırda doğranmız kələm və suda bişmiş düyü, saat 17.00- da isə yumurta və kartof yemək məsləhətdir.
II gün qırmızı: Səhər doğranmış pomidor, günorta suda bişmiş qırmızı lobya və qırmızı şirin bibər, saat 17.00-da isə qreypfrut və qırmızı giləmeyvələr ye.