| Xəbər 5221 dəfə oxunub
Qadınlar niyə kişilərdən çox yaşayır? - həkim rəyi

Azərbaycanda da qadınlar kişilərdən çox yaşayır. Belə ki, Dövlət Statistika Komitəsindən modern.az saytına bildirilib ki, ölkədə kişilər üzrə orta yaş 73.3, qadınlar üzrə 78.2 yaşdır: “2014-cü ildə bu göstərici 74,2 yaş, 2015-ci və 2016-cı illərdə 75,2 yaş, 2017-ci ildə 75,4 yaş, 2018-ci ildə 75,8 yaş təşkil edib”.

Ümumiyyətlə, istənilən ölkədə qadınların kişilərdən orta hesabla 5-7 il çox yaşadığı məlumdur. Xərçəng, ürək-damar xəstəliklərindən də daha çox kişilər dünyasını dəyişdiyindən, qadınların ömrü kişilərdən daha uzundur. Məsələn, araşdırmalar göstərir ki, Yaponiyada qadınlar kişilərdən 10 il çox yaşayır.

Bəs Azərbaycanda, eləcə də dünyada qadınların kişilərdən daha çox yaşamasının sirri nədir?

Mütəxəssislərə görə, qadınların kişilərdən çox yaşamasına səbəb ancaq şərait və mühit deyil. Genetik təsirləri də var. Məsələn, qadınların genetikası XX, kişilərinki isə XY-dir. Məlum olduğu kimi, X xromosomu xəstəliklər qarşısında immunitet yaradır. Bundan başqa, qadınlarda olan estrogen və progesteron hormonlar mikrobları məhv edir. Ancaq kişilərdə olan testosteron hormonu bu cür təsirə malik deyil. Adətən kişilərdə irsi xəstəliklər qadınlarla müqayisədə daha çox olur. Ancaq qadınlarda belə deyil. Qadınlarda X xromosomu iki dənə olduğu üçün bioloji cəhətdən daha sağlamdır.

Başqa iddialara görə, qadınlar kişilərə nisbətən stressdən bir qədər uzaq olduğu üçün çox yaşayır. Məsələn, ötən il çinli alim Van Çenkuy belə bir açıqlama vermişdi ki, qadınların çox yaşamasının səbəbi göz yaşlarıdır. Onun fikrincə, göz yaşları ilə mənfi emosiyalarını ifadə edən qadınlar stressə daha az məruz qalır və bu da onlara daha sağlam qalmağa və çox yaşamağa kömək edir. İnsan ağlayanda gərginlik və stress azalır, stress-hormonu olan kortizolun səviyyəsi aşağı düşür, insan rahatlaşır. Kişilər daha az ağlayır və bunun nəticəsində stress orqanizmdən çıxmır. Bu isə insan sağlamlığı və ilk növbədə ürək-damar sisteminin sağlamlığı üçün çox ziyanlıdır. Lakin alim onu da qeyd edib ki, tez-tez və uzun müddət ərzində ağlamaq ziyanlıdır.

İlgili resim

Mütəxəssislər həmçinin bildirir ki, bir çox kişilərin daha tez ölməsinə səbəb siqaret çəkmələri, alkoqollu içkilərdən daha çox istifadə etmələri ilə bağlıdır.

Psixoloq Elnur Rüstəmov da mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirdi ki, bu məsələdə psixoloji, fizioloji və gen faktorları var: “Psixoloji faktorlardan danışarkən bildirim ki, qadınlar psixoloji gərginliyə qarşı davamsız və bunun qarşılığında müəyyən qədər emosionaldırlar. Qadınların emosional olması onları psixoloji cəhətdən sığortalamış olur. Məsələn, əgər qadının bir problemi varsa, onu paylaşaraq həll etməyə çalışır. Kişilər isə problemi, gərginliyi olanda bunu daha az paylaşır və əsasən öz daxilində həll etməyə cəhd edir. Olur ki, bir kişinin problemi olanda günlərlə kiminləsə danışmaqdan, ünsiyyət qurmaqdan qaçır. Qadın isə problemi olan kimi dərhal mobil telefonu əlinə alıb, rəfiqələrinə zəng edəcək, problemini danışacaq, çıxış yolu axtarmağa çalışacaq. Buradan da görürük ki, insan problemini paylaşdıqca onda psixoz və bundan doğan fizioloji xəstəliklər az olur. Diqqət etdikdə görürük ki, kişilərdə ürək-damar xəstəlikləri və digər bunun fonunda olan xəstəliklər çox olur.

kadınlar erkeklerden daha çok yaşıyor ile ilgili görsel sonucu

Beləliklə, qadınların daha çox yaşamasının səbəbi emosional, orqanizmin sağlam olması, periodik olaraq onlarda təmizlənmə prosesinin getməsidir. Bu, həm fiziki, həm də psixoloji sağlamlığa təsir göstərir. Ona görə də mütəxəssislər hər zaman vurğulayır ki, əgər hər hansı bir problem, çətinlik varsa, onu mütləq danışmaq, paylaşmaq lazımdır. Məsələn, əgər şəxsin iqtisadi problemi varsa, onu iqtisadçı ilə, hüquqi problemi varsa, hüquqşünasla, psixoloji problemi varsa psixoloqla məsləhətləşə bilər. Bu zaman problemlər də öz həllini tapır. Lakin çox təəssüf ki, bu mədəniyyət, yanaşma kişilərimizdə hələ ki tam formalaşmayıb. Əgər formalaşarsa, bu, kişilərin də uzunömürlü olmasına gətirib çıxaracaq,  həm də fiziki durumlarına müsbət təsir göstərəcək".

kadınlar erkeklerden daha çok yaşıyor ile ilgili görsel sonucu

Psixoloq hazırda dünyada stress faktorunun da güclü olduğunu vurğuladı: “Bu, qlobal miqyasda baş verir. İstər ailədaxili konfliktləri, istərsə də dəyərlərə olan münasibəti götürdükdə çox böyük sürət əsrində yaşayırıq. Problemlər, stresslər, gərginliklər çoxdur və bunların da hamısını həll etmək olmur. Bu gün insanlarda psixoloji problemlər, xroniki yorğunluq çoxdur. Buna böhran sindromu da deyilir. Tez-tez şahidi oluruq ki, yaşamağa hər şey var, amma insan yaşaya bilmir, gərgindir, əsəbidir.

Psixoloq Elnur Rüstəmov ile ilgili görsel sonucu

Elnur Rüstəmov: “Məsələdə psixoloji, fizioloji və gen faktorları var”

Bu baxımdan cəmiyyətin bu məsələ ilə bağlı maariflənməsinə ehtiyac var. Cəmiyyət bu istiqamətdə maariflənsə, bir çox problemlər həll olunmuş olur. İnsanlarda oxumaq vərdişi formalaşmalı,  bununla bağlı təbliğat işləri aparılmalı, milli-mənəvi dəyərlər üzərində filmlər çəkilməli, verilişlər təşkil edilməli,  bu sahədə mütəxəssislər danışdırılmalı, cəmiyyəti də buna təşviq etmək lazımdır. Əgər bu proses formalaşarsa, insanlar artıq yaşamağı öyrənərlər. Söhbət keyfiyyətli yaşamaqdan gedir. Biz isə əsasən maddiyyata köklənmişik. Maddiyyat insan həyatının çox vacib bir məqamıdır, ancaq hər şey demək deyil”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla ile ilgili görsel sonucu

Adil Qeybulla: “Düzgün həyat tərzi olsa, kişilər də qadınlar qədər çox yaşayar”

Tibb elmləri doktoru, professor Adil Qeybulla da mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Burada fizioloji məqamlar da var. Bu gün Azərbaycanda kişilərin ömrünün qısa olması bir çox faktorlarla bağlıdır. Birincisi ürək-damar xəstəliklərinin artmasıdır. Təəssüf ki, azərbaycanlı kişilərin əksəriyyəti aktiv həyat tərzindən uzaqdır. Yəni idmanla, fiziki işlə məşğul deyillər, qidalanmaya diqqət etmir, artıq çəki ilə üzləşirlər. Məlum olduğu kimi, ailədə məsuliyyət daha çox kişinin üzərinə düşür və bütün bunlar hamısı ürək-damar xəstəliklərinin  sayını artırır. Çünki orqanizmə daxil olan kalori ilə sərf olunan kalori arasında disbalans var. Çox qida qəbul edilir, az hərəkətlilik olur. Bu da əmək qabiliyyətini aşağı salır, insanın ömrünü qısaldır. Daha bir fakt: kişilər alkoqola daha çox meylli olurlar. Bu məqam son vaxtlar daha da artıb və kişilərin ömrünün azalmasına gətirib çıxaran amildir. Həmçinin onkoloji xəstəliklər artıb. Əgər aktiv, düzgün həyat tərzi olsa, qadınlarla kişilər arasında uzunömürlülük fərqi az olar”.