| Xəbər 9083 dəfə oxunub
Əlibaba Məmmədov Mehriban Əliyeva ilə görüşündən danışdı:

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 4-də Xalq artisti, görkəmli muğam ifaçısı, bəstəkar-xanəndə Əlibaba Məmmədovun evində qonaq olub. 

89 yaşlı Xalq artisti Əlibaba Məmmədov görüşlə bağlı təəssüratını bölüşüb: “Qoca kişiyəm, sağ olsun ki, məni dəyərləndirib, evimin qonağı oldu. Ümumiyyətlə, həm ölkə prezidenti, həm də birinci vitse-prezident Mehriban Əliyeva hər zaman sənətkarlara, mədəniyyət xadimlərinə diqqət və qayğı göstərib. Mehriban Əliyevanın evimə qonaq gəlməsi ailəmiz üçün böyük şərəfdir. Bu, həm də muğam sənətinə olan böyük dəyərdir”. 

 

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub