| Xəbər 3295 dəfə oxunub
Müstəqil Şah Mat bu dəfə Şuşa teatrında

Müstəqil Şah Mat Teatrı noyabrın 25-də Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində Braziliya yazıçısı və dramaturqu Qilyermo Fiqeredunun “Ezop” əsəri əsasında eyniadlı tamaşanı teatrsevərlərə təqdim edəcək.

 

Bu barədə Axşam.az-a Müstəqil Şah Mat Teatrından məlumat verilib. Bildirib ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nümayiş ediləcək tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Aişə Həsənovadır.

Səhnə əsərində rolları Anar Bulud, Orxan Bakinskiy, Günel İmanova, Ceyran Baxışova, Fərid Vəliyev, Azad Kərim ifa edəcək.

“Amansız teatr” üslubunda hazırlanmış ikihissəli tamaşanın məğzi belədir: ədalət, həqiqət olmayan yerdə azadlıq axtarmaq çox çətin və mümkünsüzdür.

Saat 19:00-da nümayiş ediləcək tamaşaya hər kəsin baxmaq imkanı var.