|
Parlamentdə büdcə müzakirələri davam edir

Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başlayıb. Spiker gündəliyə 19 məsələnin daxil edildiyini bildirdi. Gündəlik II oxunuşda “2020-ci il dövlət büdcəsi haqqında”, “2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri müzakirə olunacaq. “Tibbi sığorta haqqında” qanun layihəsinə dəyişiklik və digər məsələlər var.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə büdcə layihəsi barədə məlumat verdi və deputatları sənədə səs verməyə çağırdı.

Spiker dedi ki, 3 gün davam edən komitə müzakirələrində 79 deputat çıxış edib. Ona görə də büdcə sənədinə ikinci oxunuşda münasibət bildirməyə çağırdı. Səsvermə nəticəsində 101 lehinə, 2 əleyhinə olmaqla sənəd ikinci oxunuşda qəbul edildi.

İclas davam edir.