|
Bakının Suraxanı rayonunda avtomobil yoldan çıxaraq aşıb - FOTO

Bakının Suraxanı rayonunda avtomobil aşıb.

APA-nın məlumatına görə, avtoqəza aeroport şossesində qeydə alınıb.

1994-cü il təvəllüdlü İbrahim Kazımov idarə etdiyi "VAZ 2115" markalı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsinin təkəri sıradan çıxıb və avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü İ.Kazımov və onun üç sərnişini xəsarət alıb. Yaralılardan sürücü ilə yanaşı 1992-ci il təvəllüdlü Ülvi Orucov xəstəxanaya yerləşdirilib. Digər iki nəfərə isə yerində ambulator tibbi yardım göstərilib.

Yol qəzasının təfərrüatlarını Suraxanı polisi araşdırır.