| Xəbər 8741 dəfə oxunub
İspaniya pasportu dünyada ən yaxşı pasportların ilk onluğuna daxildir

Dünyada ən “güclü” pasportları olan ölkələrin reytinqində İspaniya 10-cu yeri tutur.

AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, bu reytinq immiqrasiya və vətəndaşlıq məsələləri üzrə mütəxəssis Kristian Kelin və Niderlanddakı Qroninqen Universitetinin Avropa İttifaqı Konstitusiya hüququ kafedrasının müdiri professor Dmitri Koçenovdur.

Bu il reytinqdə birinci yeri Fransa, 2-ci və 3-cü yerləri eyni göstəricilərə malik olan Almaniya və Hollandiya, 4-cü yeri Danimarka, Norveç və İsveç bölüşdürür, sonrakı yerləri İslandiya, Finlandiya, İtaliya, Böyük Britaniya, İrlandiya və İspaniya tutur.

Reytinqin müəllifləri ölkədə iqtisadiyyatın vəziyyəti, sabitlik və təhlükəsizlik, digər ölkələrlə viza münasibətləri, dünyada sərbəst yerdəyişmə, başqa ölkələrdə işləmək imkanları və bir sıra başqa meyarları nəzərə alıblar.