|
Yafəz Əkrəmoğlu Arif və Mustafa Hacılılara fırıldaqçı dedi, dəstək siyahısını yaydı - SENSASİYA

Redaksiyadan: Müsavatın fəal üzvlərindən və Arif Hacılının tərəfdarlarından olmuş jurnalist Yafəz Əkrəmoğlu partiya rəhbərliyini ifşa edən növbəti yazı ilə çıxış edib. Musavat.com indiyə qədər bu cür yazıları çap etmir, onlara platforma vermirdi. Lakin gözlənilmədən Müsavat rəhbərliyi, Arif Hacılı və qardaşı Mustafa Hacıbəyli “Yeni Müsavat” Media Qrupunu və Rauf Arifoğlunu hədəfə aldılar. Onlar Yafəz Əkrəmoğlunun, partiyanın hazırkı üzvlərinin, tanınmış jurnalist Xədicə İsmayılın, Almaniya polisinin açıqlama və iddialarını bir tərəfə buraxaraq, bizimlə qəribə bir savaşa girdilər. Taktikanı anlayırıq, ona görə də ilk gündən bu möhtəkir dəstəsinə bulaşmamağa çalışdıq. Lakin artıq ox yaydan çıxıb və biz müdafiə üçün indi oxuyacağınız yazılar tərzində materialların olduğunu, Müsavat üzvlərinin bir birlərini nələrdə ittiham etdiklərini göstərmək istədik.

***

Bütün bu biabırçılıqdan sonra Arif Hacılını və onun çirkli әmәllәrini hәlә dә can-başla müdafiә edәn müsavatçılar qalır. Bu şәxslәrin böyük әksәriyyәti mühacir alverindәn qidalananlardır. Arayışlardan onlara da qırıntı payı çatır. Çox kiçik qismi ola bilәr ki, hәlә dә sadәlövh qalıb deyә, müdafiә edir. Fıtılqçıları vә fırıldqçılığı müdafiә edәnlәri siz dә tanıyırsız. Bәzәn effektiv olan ictimai qınaq üçün onların adlarını bir daha xatırladıram. Ümid edirәm ki siyahıda olan şәxslәrin bәzilәri bu qınaqdan çәkinmәk üçün hәlә dә vicdanlıdılar.

Siyahı:

1. Gülağa Aslanlı - bu işdә Arif Hacılının sağ әli, ortağı;
2. Sәxavәt Soltanlı - Arif Hacılının ümumiyyәtlә sağ әli;
3. Mustafa Hacıbәyli - Arif Hacılının qardaşı. Arayış almaq istәyәn potensial "siyası mühacir"lәr ilk olaraq onun әlinin altından keçir. Rәhbәrlik etdiyi Basta.info saytı qardaşının "siyasi mühacir"lәri haqda mәqalәlәlәr dәrc edir;
4. Fәrәc Kәrimli - Müavin. Tәmsil olunduğu Müsavat Laçın rayon tәşkilatı Avropaya әn çox mühacir ixrac edәn tәşkilatdır. Arif Hacılının trol ordusunu idarә edir;
5. Raqif Kәrimli - Fәrәcin atası, uzun müddәt bu (Laçın) tәşkilatının sәdri olub;
5. Nemәt Kәrimli - vәkil;
6. Osman Kazımov - vәkil;
7. Sevinc Hüseynova - Partiyada MNTK sәdri. Arayışlarla bağlı şәffaflıq tәlәb edәnlәri hәdәlәyir, partiyadan uzaqlaşdırır. Gülağa Aslanlının sağ әli sayılır;
8. Nüşabә Sadıqlı - mәclis sәdri;
9. Nazim Azadoğlu - Adı avropada mühacir alverindә sıx hallanan oğlu Nurlan Müsavat AKM-dә sәdr müavinidr;
10. Azәr İsmayıl - Arif Hacılının müşaviri, Basta.info saytının әmәkdaşı;
11. Yusif Tağı- Hacılının müşaviri, Müsavatın Avropa üzrә departamentinin rәhbәri. Bütün çirkli işlәrdә әli var vә hәr şeydәn xәbәrdardır. Buna baxmayaraq, arayışlardan әldә olunan qazancdan әn az pay ona verilir;
12. Hidayәt İsmayıl - Divan üzvü, Hacılının müşaviri. Cәnub bögәsi üzrә mühacir alverinә nәzarәt edir;
13. Vaqif Davudov - Oğuz rayon tәşkilatının keçmiş sәdri. Bu tәşkilat Avropaya әn çox mühacir göndәrәn qurum kimi tanınır. Onun göndәrdiyi mühacirlәri oğlu Anar vә İsa Qәmbәrin keçmiş sürücüsü Sәrdar Ağayev qәbul edib, yerlәşdirir. Sayları o qәdәr çoxdur ki, zarafatla" İsveçin bir qәsәbәsi oğuzlu müsavatçılara aiddir", deyirlәr. Oğuz tәşkilatının hazırkı sәdri Sәrdar Ağayevin qardaşı Rizvandır;
14. Kәmalә Bәhlulova - elә dә ictimai fiqur deyil. Lakin, Arif Hacılının әn inandığı adamlardandı. Azәrbaycanda heç bir tәzyiqә mәruz qalmasa da, arayış verib onu da Almaniyaya mühacirәtә göndәriblәr. Çirkli biznesin kassasına yaxından nәzarәt etmәk üçün. Avropadakı ortaqları pul mәsәlәsindә Arif Hacılıya tez-tez badalaq gәldiklәri üçün, xüsusi olaraq "siyasi mühacir" adı altında bura nəzarәtçi kimi ezam olunub;
15. Zakir İsmayıl - Müsavat partiyası Sәbyel tәşkilatının sәdri.

Bu şәxslәr digәr partiya funksionerlәri kimi abırlarına qısılıb baş verәn çirkinliklәrә әn azı susqun da qala bilәrdilәr. Ancaq sәrt müdafiә mövqeyi seçdilәr. Yuxarıdakı siyahıda elә şәxslәr var ki, hәdsiz dәrәcәdә sadәlövh olması, nә baş verdiyini anlaya bilmәmәsi mümkün deyil. Mәsәlәn hәr iki vәkil. Axı, nüfuzunuzu xәrclәyib, niyә fırıldaqçıları müdafiә edirsiz? Hansı marağa?

Yafəz Əkrəm oğlu Həsənov