|
Ata Abdullayev Milana getdi, kilsədə Paşinyanla deyişdi

İtaliyanın Milan şəhərində səfərdə olan Ermənistanın baş naziri növbəti dəfə azərbaycanlı fəalın suallarına tuş gəlib. Bu barədə Musavat.com erməni mediasına istinadən xəbər verib. Xəbərin ilk variantında müxbirimiz həmin fəalın kimliyini müəyyənləşdirə bilməyib. Çünki şəxsin kimliyi barədə erməni saytlarında məlumat olmayıb. Lakin irəliləyən saatlarda Milandakı kilsəyə girib, Paşinyanı və oradakı hər kəsi heyrətə gətirən şəxsin məşhur Ata Abdullayev olduğu üzə çıxıb. Bu barədə Ata Abdullayev özünün səhifəsində video paylaşıb. Rusdilli haqqın.az saytı da bloggerin hərəkəti barədə material yayıb. göründüyü kimi, Paşinyan Milandakı kilsədə yerli erməni icması ilə görüş keçirərkən Atta Abdullayev ona suallar ünvanlayıb.

Erməni mətbuatı baş verənləri insident kimi təqdim edib. Bildirilir ki, görüşün keçirildiyi zala daxil olmuş azərbaycanlı bloger irəli çıxıb və erməni baş naziri “müharibəyə son qoymağa və torpaqları qaytarmağa” çağırıb. “O həmçinin Ermənistanı Azərbaycan xalqına qarşı soyqırımda ittiham edib”, erməni mediası daha sonra yazıb. Məlumatda deyilir ki, ermənilər azərbaycanlını qapıdan bayıra çıxartmaq istəyiblər, ancaq baş nazir ona sakit danışmaq imkanı yaratmağı xahiş edib. N.Paşinyan iddia edib ki, hansısa erməni azərbaycanlıların tədbi keçirdiyi zala daxil olub Azərbaycan rəhbərliyinə sual verə bilməzdi.

Daha sonra N.Paşinyan hətta Serj Sərkisyanın Xocalıdakı qətliamlar barədə etiraflarını da unudaraq iddia edib ki, azərbaycanlıların soyqırımı barədə deyilənlər böhtandır. O ardınca deyib ki, bu barədə keçmiş prezident Ayaz Mütəllibov Rusiya mediasına Xocalını Azərbaycan müxalifətinin çevriliş məqsədilə törətdiyi barədə müsahibə verdiyini iddia edib. Paşinyan onu da deyib ki, Azərbaycan prezidentinə sülh fotmulunu təqdim edib. Bir daha təkrar edib ki, Qarabağ probleminin istənilən həll yolu Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır. N.Paşinyan Dağlıq Qarabağın “müstəqilliyi” ilə bağlı ənənəvi iddialarını da təkrarlayıb.

Beləliklə, azərbaycanlı fəal Bəxtiyar Hacıyevdən sonra Ata Abdullayev də  kabus kimi Paşinyanın qarşısına çıxıb.

8564aba4-2f53-4726-b41b-79e4121e994e.jpg (22 KB)

Musavat.com ölkənin ictimai rəyində neqativ obrazda tanınan Ata Abdullayevin bu hərəkətini təqdir edir və təkbaşına ermənilərin olduğu kilsəyə girib, bu cür cəsarət sərgiləməyini alqışlayır. 

Həmin hadisənin video versiyalarını təqdim edirik.