|
Janna Friskenin əri yenidən evlənir

2015-ci ildə vəfat edən rusiyalı müğənni Janna Friskenin əri yenidən evlənməyə hazırlaşır.

 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Dmitri Şepelyev biznes-ledi sevgilisi Yekatrina Tulupovaya evlilik təklif edib. Cütlüyün nişanı bir neçə gün öncə keçirilib. Onlar sadə nikah mərasimi edəcəklərini bildiriblər.

Qeyd edək ki, Dmitrinin mərhum sənətçidən olan 6 yaşlı oğlu ilə Yekatrinanın ilk ərindən olan qızı da onlarla birlikdə yaşayacaq.