| Xəbər 4175 dəfə oxunub
Makron Trampla zəngləşdi

Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə öz "Twitter" səhifəsində E.Makron yazıb.

E.Makron bildirib: "Bu gün Donald Tramp ilə əla söhbət keçirmişəm: Suriya, İran, NATO. Biz çox eyni fikirləri müzakirə etdik və NATO sammitindən əvvəl Londonda görüşəcəyik".