| Xəbər 764 dəfə oxunub
Ziyad Səmədzadə: “Dövlət büdcəsinin qapalı müzakirə edildiyi barədə fikirlər reallığı əks etdirmir”

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə büdcə müzakirələri çıxış edərkən dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən bəhs etdi. Həmçinin şəffaflıq amilinə, “kölgə iqtisadiyyatı”nın azaldılmasına xüsusi önəm verildiyini qeyd etdi.

Komitə sədri əlavə etdi ki, bu mənada bəziləri tərəfindən dövlət büdcəsinin qapalı müzakirə edildiyi barədə fikirlər reallığı əks etdirmir və yanlışdır. “Son illər Azərbaycanda “kölgə iqtisadiyyatı”na qarşı önəmli mübarizə aparılır”, - komitə sədri bildirdi.

Avropa ölkələrində “kölgə iqtisadiyyatı”nın həcmi 14-15 faiz həcmindədir, bəzən bizim ölkə ilə bağlı rəqəmləri şişirdirlər”-Z.Səmədzadə bildirdi. Komitə sədri dedi ki, mövcud vəziyyət yeni Vergi Məcəlləsinin qəbulunu zəruri edir, çünki vaxtilə qəbul edilmiş Məcəllə öz missiyasını başa vurub. Z.Səmədzadə bununla bağlı Vergilər Nazirliyinin rəhbərliyi ilə də müzakirələr aparıldığını qeyd etdi.

Neft gəlirləri ilə bağlı neqativ fikirlərin səsləndirildiyini xatırladan komitə rəhbəri bildirdi ki, Azərbaycanın bir çox iri layihələri məhz neft gəlirləri, Dövlət Neft Fondunun vəsaitləri hesabına reallaşdırılıb.