| Xəbər 2971 dəfə oxunub
Keçmiş Çexoslovakiyanın sabiq Baş naziri Yan Straski vəfat edib

Keçmiş Çexoslovakiyanın sonuncu baş naziri, qısa müddət ölkənin prezidenti vəzifəsini müvəqqəti icra edən Yan Straski 79 yaşında vəfat edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, siyasətçi noyabrın 6-sı Praqada yerləşən qocalar evlərindən birində dünyasını dəyişib.

Sağçı-liberal fikirlərini ifadə edən Y. Straski, 1992-ci il iyulun 2-dən dekabrın 31-dək Çexoslovakiyanın Baş naziri olub. İyulun 20-dən sonra qısa müddət ərzində ölkənin prezidenti vəzifəsini müvəqqəti icra edib.