| Xəbər 828 dəfə oxunub
İran uranın zənginləşdirilməsi prosesinə başlayıb

İran uranın zənginləşdirilməsi prosesinə başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Atom Enerjisi üzrə Təşkilatı məlumat yayıb. Qeyd edilir ki, proses Fordodakı obyektdə həyata keçirilir. "Fordoda uranın zənginləşdirilməsi və istehsalı yenilənib", - deyə təşkilatın rəsmi saytının xəbərində bildirilir.

Həmçinin qeyd edilir ki, bütün addımlar MAQATE-nin müşahidəsi ilə ilə atılır.