| Xəbər 750 dəfə oxunub
Azərbaycan millisi Çexiya ilə üz-üzə gələcək

Qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək.

APA-nın məlumatına görə, milli komanda AVRO-2021-in seçmə qrup mərhələsində ikinci qarşılaşmasına çıxacaq.

İlk oyununda İspaniyaya 0:4 hesabı ilə uduzan komanda Çexiyanı qonaq edəcək. “ASCO Arena”dakı matç yığmanın ilk ev oyunu olacaq.

Qeyd edək ki, görüş saat 19:00-da başlayacaq.

Avro-2021-in seçmə qrup mərhələsi
D qrupu
7 noyabr
19:00. Azərbaycan – Çexiya
Baş hakim: Maria Marotta
Baş hakimin köməkçiləri: Françeska Di Monte, Tiziana Trasçiatti
Dördüncü hakim: Silvia Qasperotti (hamısı İtaliya)
Bakı. “ASCO Arena”