| Xəbər 885 dəfə oxunub
İmişlidə 15 yaşlı oğlan hamamda boğulub öldü

İmişli rayonunda yeniyetmə oğlan dəm qazından zəhərlənib ölüb.

Trend-in məlumatına görə, hadisə rayonun Şadlinski küçəsi ev 24-də baş verib. Həmin ünvanda yaşayan 2004-cü il təvəllüdlü Həsənov Ramazan Bilal oğlu yaşadığı evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərlənib.

Azyaşlı hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.