|
Donald Tusk Polşada növbəti prezident seçkilərində iştirak etməyəcəyini açıqlayıb

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Polşada gələn ilin yazında keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini açıqlayıb.

AZƏRTAC xarici “RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə D.Tuskun özü açıqlama verib.

O, qarşıdakı prezident seçkilərində müxalifət nümayəndələrini dəstəkləyəcəyini də bildirib.