| Xəbər 904 dəfə oxunub
Tramp ABŞ-ın Suriyada neft yataqlarını qorumaqla bağlı hərbi missiya planını təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Suriyanın şərqindəki neft yataqlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə genişləndirilmiş hərbi missiya planını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə AP mənbələrə istinadən məlumat yayıb.

Bu plana əsasən, ABŞ ordusu Suriya kürdlərinin nəzarət etdiyi ərazilərin çoxunu qoruyacaq.

Həmçinin qeyd olunur ki, Suriyada azı 800 ABŞ hərbçisi qala bilər. Onlardan 200-ə yaxınının Suriyanın cənubunda yerləşən Et-Tanfın bazasında yerləşdiriləcəyi bildirilir.