| Xəbər 838 dəfə oxunub
Bergüzarla ərinə rekord təklif

Türkiyənin sevilən cütlüklərindən olan Bergüzar Korel ilə Halit Ergenç markalardan birinin reklam siması olub.

 

Axşam.az xəbər verir ki, cütlük rekord təklif qarşılığında brilliant brendinin reklam filmində çəkiləcək. Firma ilə müqavilə imzalayan Ergenç bu iş üçün 3,5 milyon dollar alıb.

Qeyd edək ki, 11 ildir evli olan cütlüyün 9 yaşlı bir oğulları var və Bergüzar 5 aylıq hamilədir.