| Xəbər 796 dəfə oxunub
Tubanın sevgilisi ölkədən qaçdı

Türkiyəli aktrisa Tuba Büyüküstünün sevgilisi Umut Evirgen iş adamı olan dostu Ali Akını döyüb.

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akın da onu polisə şikayət edib.

"Umut içkili idi. Əvvəl məni söydü. Etirazımı bildirdikdə isə mühafizəçiləri ilə birlikdə məni döyməyə başladı" deyə, o, bildirib. Dava zamanı Akının burnu sınıb.

Haqqında cinayət işi açılan Evirgen həbsə düşməmək üçün Parisə qaçıb.