| Xəbər 923 dəfə oxunub
Sabunçuda 45 yaşlı kişini avtomobil vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Əliyev Nazim Ərdəfil oğlu yolu keçmək istəyərkən onu maşın vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.