| Xəbər 838 dəfə oxunub
Bakı polisi: "Təhlükəsiz şəhər" xidmətinin operatorları tərəfindən 3877 hadisə aşkarlanıb

"Bakı şəhərində profilaktik tədbirlərin gücləndiriliməsi, mərkəzi küçə və prospektlərlə yanaşı, məhəllədaxili yerlərdə də müşahidə kameralarının quraşdırılması diqqət mərkəzindədir".

Bunu "Report"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, ictimai qaydanın etibarlı təminatında müasir dövrün çağırış və təhdidlərinə uyğun olaraq, paytaxtda qabaqcıl texnologiyaların dairəsinin genişlənməsi sosial neqativ hallara qarşı mübarizənin effektivliyini artırır.

"Eləcə də paytaxt sakinlərinin yaşayış binalarının ətrafına kameraların quraşdırılması ilə bağlı daxil olan müracətlərinə tərəfimizdən çevik reaksiya verilir və onların bu təşəbbüslərini dəstəkləyirik. Bununla belə paytaxtda cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqi sayəsində cari ilin doqquz ayında Bakı şəhər BPİ-nin və ərazi polis orqanlarının "Təhlükəsiz şəhər" xidmətinin operatorları tərəfindən 3877 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 219 bağlı cinayətin açılması təmin olunub", - deyə E.Hacıyev vurğulayıb.