|
Hacıqabulda oğurluq edən şəxslər saxlanılıblar

Hacıqabulda oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Musavat.com-a Aran bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan Regional qrupundan məlumat verilib.

Belə ki, oktyabrın 28-də Hacıqabul rayonu Muğan qəsəbə sakini Şöhrət Zeynalov Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus mağazadan 450 manat pulun oğurlanması ilə bağlı məlumat verib.

Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Famil Zeynalov saxlanılıb.

Bununla yanaşı, rayon ərazisində vətəndaşa məxsus nar bağından oğurluq etməkdə şübhəli bilinən Hacıqabul rayonu Axtaçı-Şirvan kənd sakini Davud Heydərov, restoranların birindən su borularını oğurlamaqda şübhəli bilinən rayon sakini Vüsal Şiralıyev saxlanılıb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.