|
Arvadını qısqanclığa görə öldürən şəxsə hökm oxundu - müalicə olunacaq

Arvadını boğaraq qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1961-ci il təvəllüdlü Müsəddiq Əliyevin cinayət işi məhkəmə iclası başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən M.Əliyevin anlaqsız olduğu qənaətinə gəlinib. Onun barəsində məcburi müalicə qərarı çıxarılıb.

Qətl hadisəsi ötən il Lökbatan qəsəbəsində baş verib.

Müsəddiq Qüdrət oğlu Əliyev qısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb. Hadisəni törədən M.Əliyev tutulub.

Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilə M.Əliyev qətli qısqanclıq zəminində törətdiyini deyib.