|
Azərbaycanda bank kreditləşməsinin regionlar üzrə renkinqi

Bu ilin oktyabrın ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 13,9 mlrd. manata yaxın olub.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, hesabat dövründə banklar tərəfindən təklif olunan kreditlərin orta faiz dərəcəsi 11,7%-ə bərabər olub.

"APA-Economics" bank sektorunda regionlar üzrə kredit qoyuluşuna dair renkinq tərtib edib. Kreditlərin həcminə görə siyahının ilk üç pilləsini Bakı şəhəri, Aran və Gəncə-Qazax iqtisadi rayonları bölürlər.

Azərbaycanda bank kreditləşməsinin regionlar üzrə renkinqi:

#

Region

Kreditin həcmi, min AZN

Orta faiz dərəcəsi, %

1

Bakı

11 121 558

9,8

2

Aran

725100

22,1

3

Gəncə-Qazax

575948

19,1

4

Abşeron

492789

16,4

5

Lənkəran

256924

21,4

6

Şəki-Zaqatala

213 351

17,3

7

Quba-Xaçmaz

209000

19,5

8

Naxçıvan

147 001

13,6

9

Dağlıq Şirvan

69 163

22,2

10

Yuxarı Qarabağ

61 299