| Xəbər 4639 dəfə oxunub
Belarus Azərbaycana yeni hərbi attaşe təyin edib

Belarus Azərbaycana yeni hərbi attaşe təyin edib.

cia.az xəbər verir ki, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkov yeni hərbi attaşe Andrey Kaptiloviçi oktyabrın 29-da Bakıda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.

General-polkovnik Z.Həsənov Belarusun yeni hərbi attaşesi polkovnik Andrey Kaptiloviçi bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək onun fəaliyyətinin iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan dostluq münasibətlərinin inkişafına yönələcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkov Azərbaycanda səfərdədir.