| Xəbər 8529 dəfə oxunub
Fil avtomobilin üstünə uzandı

Tailandın Khao Yai milli parkında fil turistləri özünəməxsus şəkildə “salamlayıb”.

Trend-in məlumatına görə, fil turistlərin olduğu minik avtomobilinin qabağına çıxaraq, əvvəlcə ayaqlarını kapotun üstünə qoyub, sonra isə avtomobilin damında uzanıb.

Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Sürücü filin altından avtomobili ehtiyatla çıxararaq hadisə yerindən uzaqlaşıb.