| Xəbər 632 dəfə oxunub
Səhiyyə Nazirliyindən avtomobillə vurulan Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı RƏSMİ açıqlama

Hüquq müdafiəçisi Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən KTM-ə gətirilib. Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata görə, xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb:

"Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan "City Hospital"a köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır".